Reklam
Reklam

Etimologiya lüğəti

dəllək

Ərəbcədir, bizdə “yolquçu”, “ülğucçu” deyiblər. Dəllək sözünün bir mənası ərəbcə “hamamçı”deməkdir. Bir deyim var: “dəvə dəlləklik eylər köhnə hamam içində”. Deməli, söhbət dəvənin hamamçı rolunda çıxış etməsindən gedir. De­yimin bütöv variantı belədir: Hamam hamam içində, / Xəlbir saman içində, / Dəvə dəlləklik eylər, / Köhnə hamam içində. Fikir verin: bir hamamxanada bir neçə otaq olur (hamam içində hamam), xəlbirlə dəni təmizləyirlər və o, sa­manlıqda qalır, dəllək öz işini bacarmadığı üçün dəvəyə bənzədilir. Bəs niyə başqırxana da “dəllək” deyirik? Çünki hamamçı (dəllək) həm də bu işlə məşğul olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti