Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dəniz mili

lat. mille – min

Dənizdə məsafənin ölçü vahidi.

D.M. 1 meridian dəqiqəsinin uzunluğuna uyğun olaraq müəyyənləşdirilib. Yer geoid formasında (qütblərdən batıq) olduğu üçün, əslində, bu uzunluq hər yerdə eyni deyil: qütblərdə o, 1862, ekvatorda 1843 metr təşkil edir (orta hesabla 1852 m). Beləliklə, tam dəqiq olmaq üçün deməliyik ki, 1 beynəlxalq D.M. 45° enlikdə 1 meridian dəqiqəsinin uzunluğuna bərabərdir – 1852 m. Bu, 1929-cu ildə Beynəlxalq Hidroqrafiya Konfransı tərəfindən təsdiq olunub.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti