darband sözü bir neçə mənada işlənir: 1. Dağlarda dar keçid, dağ keçidi; dərə; 2. İranda dar küçə.
Məlum olduğu kimi, dilimizdə müəyyən məqsədlərlə əlaqədar bir sıra yer adları şəxs adları cərgəsinə daxil olmuşdur. Azərbaycan antoponimikasında şəhər adlarından yaranmış şəxs adları sırasında olan Dərbənd kişi adı Qafqaz Albaniyasının qədim şəhərlərindən birinin adındandır. Dərbənd haqqında latın, yunan, ərəb, fars, türk, Qafqaz, rus və s. mənbələrdə, həmçinin orta əsr Avropa müəlliflərinin əsərlərində maraqlı məlumatlar vardır. “Kitabi-Dədə Qorqud” dastanlarının üç boyunda adı çəkilir. Türk xalqlarının daimi yaşayış ərazilərinin relyefindən asılı olaraq Dərbənd iki dağ arası, dar keçid, dağ və çayarası keçid, keçid qapısı mənalarında geniş yayılmışdır. Xüsusilə türk xalqları yaşayan əyalətlərdə bu toponimə tez-tez rast gəlmək olar. Dərbənd/ Dəmirqapı Dərbənd adı VI–VIII əsrlərin daş kitabələri olan Kültiqin yazılarında türk xalqlarının geriyə hücum istiqaməti kimi dəfələrlə yad edilir. Toponimlə əlaqədar Dərbənd məişətimizdə geniş yayılmış adlar sırasında olmasa da, hələ də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti