Reklam
Reklam

Etimologiya lüğəti

dərin

Dərmək feili ilə bağlıdır, “çökəklik” (yəni “içinə şey doldurmaq mümkün olan”) anlamını verir. Dərmək feilindən törəmiş dəri sözü də “içinə şey yığılan” de­mək­dir. Dərinsərin sözləri eyni qəlib üzrə yaranıb: -in şəkilçisi feildən sifət düzəldir. Adlara qoşulduqda isə zərf əmələ gətirir: yazın “yazda” demək olub. Anadolu türklərində işlədilən yarın (sabah) sözü də “işıq” mənasını verən yar (“yaruq” da deyiblər) sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti