Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

dəst fars

Əl. (“Koroğlu” dastanının lüğəti)

Ərəb atın üstündə, misri qılınc dəstində,tülək-tərlan şəstində, min bir canın qəsdində, elə süzür, elə süzür ki, elə bil oxdu yayından qopub.  (“Durna teli”)

*

Çənlibeldən Ərzuruma gələndə

Cəfər paşa düşdü mənim dəstimə

Axtardım şikarı, yerində tapdım,

Qoymadılar tez yetirəm dostuma.

                           (“Koroğlunun Ərzurum səfəri”)

*

Mən Hasan paşanın qeyrətinə bələdəm. O da mənim zərbi-dəstimi görüb. (“Koroğlunun Qars səfəri”)

Azərbaycan dastanlarının leksikası