fr. detail < detailler – hissə-hissə doğramaq
1. Avadanlığın, mexanizmin və s.-nin tərkib hissəsi.
2. Təfsilat, ən xırda təfərrüat.
Yaradıcılıq sahələrində, o cümlədən jurnalistikada D. obrazın, faktın, prosesin qabarıq şəkildə təsvir edilmiş mühüm xüsusiyyəti, elementidir. Xırdalığına baxmayaraq, D. özündə dərin məna, geniş informasiya, emosional yük daşıya bilir: bəzən bir D.-da hər hansı əşyanın, obrazın bütün mahiyyətini açıb göstərmək mümkündür.
3. Bax: iri plan.
Jurnalistika terminləri lüğəti