sanskr. devanāgarī – hərfi mənası: ilahi şəhər yazısı
Kökləri qədim hind əlifbası brahmiyə gedib çıxan sillabik (ayrı-ayrı səsləri deyil, hecaları ifadə edən hərflərdən ibarət) yazı sistemi.
VIII–XII əsrlərdə formalaşmış D.-dən Şimali Hindistan dillərində (hindi, marathi, Nepal və s.), eləcə də sanskritdə istifadə olunur.
Tarix terminləri lüğəti