►Diribaş, qoçaq, bacarıqlı və hiyləgər adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında mәşһur olan «Yetim qızın nağılı»ndan yayılmışdır.
Çox ağıllı və gözәl olan yetim bir qıza darğanın, qazının vә padşaһın gözü düşür. Onlar qızdan әl çәkmirlәr. Qız da onların hәr üçünü eyni gündә öz evinә dәvәt edir. Darğa gәlir. Az sonra qapı döyülür. Qız darğanı evindәki quyuda gizlәdir. Qazı gәlir. Az sonra padşah gəlir... Qız qazını quyuya salır. Az sonra qonşu qarı gəlir. Qız şahı da quyuya salır. Belәliklә, onların üçünü dә öldürür.
Ağıllı qız ölüləri basdırmağın yolunu da tapır. Küçәdәn keçәn çobandan xahiş edir ki, ölünün birini aparıb basdırsın. Çoban aparıb basdırır. Qayıdanda ikinci ölünü görüb tәәccüblәnir. Qız deyir ki, ölü səndən qabaq qaçıb gәlib. Çoban bunu aparıb bir qayadan atır. Qayıdanda üçüncü ölünü görür. Çoban bunu da aparıb dәyirmanın novdanından tәpәsi aşağı salır ki, tikә-tikә olsun. Sonra dәyirmandan su axan yerə baxanda görür ki, dәyirmançı orada çimir. Çoban elə bilir ki, yenә hәmin ölüdür, dirilib. Onda çoban deyir: «Paһ atonnan, әdә, bu nә һәyasız ölüymüş: dəyirmanın gözündәn ölü saldım, diri çıxdı».
Məsəllər, deyimlər