Reklam
Reklam

Məsəllər, deyimlər

YİRMİ MASA (STOL)

►Hər hansı məsələni danışıqla həll etməyin, müzakirə yolu ilə razılığa gəlməyin, qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoq aparmağın üsulunu bildirən ifadə.

İfadənin tarixçəsi V–VI əsrlərdə yaşamış ingilis kralı Arturla bağlıdır.

Kral Artur tez-tez sarayında cəngavərlərlə görüşər, məsləhətləşər və sonda da ziyafət verərmiş. Müdrik kral cәngavәrlәr arasında «kim krala yaxın oturur» söhbətlərinin yaranmaması və bu zəmində qısqanclığın olmaması üçün toplantıları, adәtәn, böyük vә dairәvi bir stol arxasında keçirərmiş. Qonaqlar hәr dәfә saat әqrəbi istiqamәtindә һәrәkәt edәrәk dəyirmi stol arxasında yerlәrini dәyişәrmişlər. Mәqsәd bu imiş ki, kimin daha hörmәtli yerdə oturması barәdә qonaqlar arasında mübahisә düşməsin. Odur ki qonaqların hamısı özlәrini bәrabәr vəziyyәtdә һesab edirmiş.

Getdikcə «dəyirmi masa» ifadəsi birlik və bərabərliklə yanaşı, həm də hər hansı məsələdə razılığa gəlmək, anlaşmaq və qərar qəbul etmək üçün stol arxasında oturub bərabər səviyyədə onu müzakirə etməyi bildirməyə başlamışdır. Adətən, televiziya və radio verilişlərində aparılan müzakirələrdə, siyasi xadimlərin, o cümlədən dövlәt başçılarının beynәlxalq görüşlərindәn danışarkәn bu ifadәdәn istifadә olunur. Bəzən «masa» əvəzinə «stol» da işlədilir.

Bizim günlərdə də bu ifadə müzakirə etmək, danışmaq, hər hansı məsələni qarşılıqlı anlaşma yolu ilə həll etmək niyyətini bildirir.

Məsəllər, deyimlər