Reklam
Reklam

Etimologiya lüğəti

dilənçi

Kökü “dil”dir. Dilən isə feildir və feil –çi şəkilçisi qəbul edə bilmir. Bəs necə olub? Udlaq, qırxlıq, əmlik, satlıq kimi sözlərdə də belə “səhvlər” özünü göstərir. Dil ismindən diləmək feili ondan dilək sözü, nəhayət, diləkçi kəlməsi yaranıb. Deməli, sözün əsli diləkçidir. Türkmən dilində indi də dileqçi sözü ruscaya “нищий” kimi tərcümə olunur. Deməli, diləkçi sözü təhrif nəticəsində dilənçi formasına düşüb (udlaq sözü udulaq, qırxlıq sözü qırxılıq, əmlik sözüəmilik kimi olub, sonra feildən isim düzələn –i (ı..) şəkilçisi reduksiyaya uğramış, yəni ixtisara düşmüş­dür. Qazax dilində bunun yerinə, ultan işlədilir: “Yad ölkədə sultan olunca, və­tən­də ultan ol” deyimi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti