Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dingə1

Cəbrayıl, Cənubi Azərbaycan, Şamaxı

1. Hündür yer, təpə (Cəbrayıl, Cənubi Azərbaycan).  Dingədə çoban qoyun otarırdı (Cəbrayıl); Oyin qabağı dingədi (Cənubi Azərbaycan).

2. Camaatın söhbət üçün toplaşdığı yer (Şamaxı).  Dingədə gör kimlər var?

dingə2

Çənbərək, Gəncə, Qazax, Şəmkir

1. Kiçik qoz ağacı (Gəncə, Qazax).  Qalxozun zəmisinin qırağındakı kollıxda bir dingə var (Gəncə).

2. Kötük, kəsilmiş ağacın kötüyü (Çənbərək, Şəmkir). □ Meşəbəyi dingələrin hamısına möhür vuruf (Şəmkir); Aşağıkı butağı dingədən kəs, quruyuf (Çənbərək).

dingə3

Borçalı, Gəncə, Hamamlı, Kürdəmir, Qazax, Ordubad, Saatlı, Şamaxı

1. Başa bağlanan bəzək geyimi (Gəncə, Qazax, Ordubad, Şamaxı).  Başımın dingəsi açılıb (Şamaxı); Bu gəlinin dingəsi də var (Ordubad).

2. Çələng (Borçalı, Hamamlı, Kürdəmir, Qazax). □ Dingə də:rmi saxnax kimi olur (Hamamlı); Dingəni qadınlar başdarına yumru qo:rdular, sancax taxırdılar belə (Qazax); Dingiyi qojalar qoymaz, cəhəllər qoyar (Borçalı).

Azərbaycan dilinin dialektoloji lüğəti