Reklam
Reklam

Etimologiya lüğəti

diri

Dilimizdə “yaşamaq”, “durmaq” anlamını verən dir feili olub, türkmən dilində hə­yat əvəzinə, indi dəturmuş işlədilir. “Ütmək”dən ütü yarandığı kimi, həmin qəlib üzrə “dirmək”dən də diri sözü əmələ gəlib. Güman ki, dir feili durmaq feilinin əsa­sında yaranıb. Dursun adı da, Tural sözü də bununla bağlıdır. Deməli, diri sifəti dur­maq (yaşamaq) feilinin kökü olan dur zəminində əmələ gəlmiş dir feili əsa­sında yaranıb. Yəni dur sözündəki sait dəyişərək i şəklinə düşüb və beləliklə, həm yeni məna, həm də yeni forma meydana çıxıb. İndi də durmüstəqilliyini sax­layıb, dir isə saxlaya bilməyib,yalnız diri halında mövcuddur. Duru (su) sifəti ilə diri (adam) sifəti eyni qəlib üzrə yaranıb. Qədimdə dir(жить) feili müstəqil işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti