Reklam
Reklam

Etimologiya lüğəti

dirsək1

Əvvəllər dir müstəqil kök olub, ondan dir-ə-məkdir-sə-mək feilləri ya­ranıb (indi sonuncu müstəqil işlədilmir). Deməli, sözün etimonu “dir”dir, “balka” (tir) mənasında işlədilir, -sə isə meyil bildirir, adlardan feil əmələ gətirir (məsələn, su-sa-maq). Dirə feilindən dirə-n-mək, dir-ə-k kimi yeni sözlər əmələ gəlib. Dir­sə­mək feili əsasında isə dir-sə-k ismi yaranıb. Quba rayonunda dəvənin hür­gü­cü­n­ə də dirsək deyirlər. Bu bir daha sübut edir ki, dirsək kəlməsi həm də çıxıntı mənası ilə bağlıdır. Başqa türk dillərində dirsək sözünün bir mənası rus dilinə “изгиб” kimi tərcümə olunub (əyri deməkdir), çay dirsəyi birləşməsini yada salın. Deməli, dir kökündən, həm dirsək, həm də dirək əmələ gəlib. Dirsəklən sözü “dirsək vasitəsilə dirənmək” deməkdir. Dir sözündən r-z əvəzlənməsi nəticəsində diz kəlməsi yaranıb. Diz sözü də dir şəklində olub, sonra görgöz qəlibi üzrə dəyişmələrə məruz qalıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

dirsək2

Həm də 0,65 metrlik uzunluq ölçü vahidi olub. Sinonimi yığınaq kəlməsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti