Reklam
Reklam

Etimologiya lüğəti

diş1

Litva dilində bu anlamda işlənən sözün hərfi mənası “острый” deməkdir. Güman ki, diş, şiş, deşmək sözlərinin hər üçü tarixən eyni kökə malik olub, “iti” anlamını əks etdirib. Beləliklə, diş kəlməsi deşmək feili ilə kökdaşdır. Rus dilində də зубзубило eyni kökdəndir. Kabab şişi birləşməsindəki şiş sözü də dişdeş ilə qohumdur: hamısı “ucu sivri olan”, “deşə bilən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

diş2 (təkərdə)

Ruslardakı спица kəlməsinin mənasını əks etdirir. Araba təkərində topla qəsəyi (qasnağı) birləşdirən dişlərdir, milə bənzəyir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti