1. Divan qurulan böyük otaq.
2. Böyük qəbul otağı.
3. Ənənəvi türk evlərində kənarları açıq yay otaqlarına da divanxana deyilib. (“Koroğlu” dastanının lüğəti)
Dəli Mehtər qan-tər içində yuxudan dik atılıb çölə çıxdı. Dili tutar-tutmaz dəlilərdən – “ağa hardadı”, – deyə soruşdu. Dəli Mehtər dedi:
- Baxın görün divanxanadadı ağa?
Dəlilər divanxanaya baxıb gördülər Koroğlu yoxdu. (Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikası