Reklam
Reklam

Məsəllər, deyimlər

DİVARIN DA QULAĞI VAR

►Bir şey barədə danışarkən kimsə eşitməsin deyə çox ehtiyatlı olmağa çağırış kimi işlədilən ifadə.

İfadə ilk dəfə Avropa İntibahının böyük yazıçısı Migel de Servantesin (1547–1616) məşhur «Don Kixot» romanında işlədilmişdir.

Bəzi ehtimallara görə, «Divarın da qulağı var» ifadəsi təxminən eyni vaxtda Lope de Veqanın (1562–1635) «Valensiyalı dul qadın» pyesində də yer almışdır.

Sonrakı dövrlərdə bu ifadə bütün Avropa ədəbiyyatında, XIX əsrin ortalarından isə rus romanlarında geniş işlənmişdir.

Azərbaycan ədəbiyyatında məlum ifadəyə 30-cu illər repressiya dövründən bəhs edən ədəbi nümunələrdə daha çox rast gəlinir.

Məsəllər, deyimlər