Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DOMRUL qəd. türk dil.

domrul sözü türk dillərində bir neçə məna ifadə eidr: 1. Domangir (özbəklərdə narazı); 2. İncik tomruk (qırğızlarda) özündən tez çıxan, çılğın, hövsələsiz, acıqlı, kobud; 3. Adın şumerlərin bərəkət tanrısı Dumuzi ilə bir kökdən olduğu və adın əsasında “törəmə, doğuş, həyat, övlad, nəsil” mənalarını verən qədim “dam”, “dum” sözünün durduğunu göstərənlər də var.

Bütünlükdə araşdırıcıların (M.Seyidov, A.Acalov, T.Hacıyev və b.) qənaəti belədir ki, Domrul kişi adı nəsil verən, həyat başlanğıcı mənasındadır. Digər “Oğuznamə”lərdə də Domrul adına rast gəlinir. Bu gün Azərbaycanda, əminliklə demək olar ki, qədim türk adlarından olan Domrul şəxs adına rast gəlinmir, artıq köhnəlmiş şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti