►Xoşbәxtliyə, səadәtə qovuşmağın, uğur qazanmağın rəmzi kimi işlədilən ifadə.
İfadə xalq arasında Humay quşu ilə bağlı yaranmış mistik təsəvvürlərdən qaynaqlanır.
El arasında «cәnnәt quşu», «sәadәt quşu» da adlandırılan Humay quşu Böyük Okean adalarında vә Yәməndә yaşayan, zahirən bayquşa oxşasa da, iri vә gözәl gözlәri olan, parlaq tükü ilә ondan fәrqlәnәn, uca dağlarda yaşayan vəhşi quşdur.
Xalq tәsәvvüründә vә әdәbiyyatında olan inanca görə, çox yüksәkdәn uçan bu quşun kölgәsi kimin üzәrinə düşәrsә vә ya özü kimin başına qonarsa, onu padşah seçərmişlər. Elә buna görә dә o, dövlәt və ya sәadәt quşu adlandırılmışdır.
«Başına dövlәt quşu qonub» ifadəsi də bundan qaynaqlanır.
Məsəllər, deyimlər