Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DÖVRAN ərəb.

dövran sözündəndir. Dövran sözünün dilimizdə bir neçə mənası vardır: 1. Zaman, zəmanə, dövr, vaxt, çağ; 2. Dövr, dövretmə, dairəvi şəkildə cərəyan etmə, dolanma; 3. Tale, qədər; 4. Toy məclislərində, el şənliklərində, yığıncaqlarda camaatın dövrə vurub oturması.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Dövran sözün birinci mənası ilə əlaqədardır. Türk xalqlarının əksəriyyətinin şəxs adları sistemində bugünümüzədək mövcud addır. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış adlardan olsa da, sonradan dəbdən düşmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti