Reklam
Reklam

Tarix terminləri lüğəti

duçe

it. Duce – lider, rəhbər

İtaliyada lider və ya rəhbərə verilən titul.

XIX əsrin 60-cı illərində İtaliyanın birləşdirilməsi uğrunda vuruşmuş Cüzeppe Qaribaldini silahdaşları D. adlandırıblar. Lakin o bu titulu qəbul etməyib. 1915-ci ildə İtaliya kralı III Viktor Emmanuel silahlı qüvvələrin baş komandanı kimi özünü D. elan edib. I Dünya müharibəsindən sonra tanınmamış Fiume Respublikasının rəhbəri, məşhur italyan şairi Qabriele d’Annunsio da eyni titulu daşıyıb. Lakin titulun məşhurlaşması İtaliya faşistlərinin lideri B.Mussolininin xidməti sayılır. 1925-ci ildə rəsmən D. titulunu qəbul etdikdən sonra Mussolini onu ömrünün sonuna kimi daşıyıb. Məhz bu səbəbdən – Mussolini və faşizmlə assosiasiya doğurduğu üçün müasir italyan siyasətçiləri həmin termindən istifadə etmir, onu sinonim və əcnəbi dillərdən alınmış sözlərlə əvəzləyirlər.

Tarix terminləri lüğəti