Reklam
Reklam

Etimologiya lüğəti

dulğu

Araba təkərinin topunda deşik olur və ox ora geydirilir. Buna dölək (yəqin ki: dəlik) deyiblər. Dulğu – “oxun topu sürtüb xarab etməməsi üçün topa gey­dirilən xüsusi bir dəmir halqası”dır. Mənbələrdə dulğu feil kimi verilib və rus dilində “крутить” şəklində tərcümə edilib. Dolamaq feili ilə bağlıdır, “fırlanan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti