Dilimizdə “gecə” anlamını verən tün sözü olub. Dünən kəlməsi tün-ən (əsli: tün və ən) kimi işlədilib və “tündən əvvəlki gün” deməkdir. Rus dilində də вчера və вечер sözləri kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)