Reklam
Reklam

Tarix terminləri lüğəti

Dünkerk möcüzəsi

II Dünya müharibəsi gedişində alman ordusu tərəfindən mühasirəyə alınmış ingilis və qismən fransız qoşunlarına tam darmadağın edilmək təhlükəsindən xilas olmaq imkanı verən əməliyyatın adı.

Almanlar ingilis-fransız qoşun birləşmələrini Dünkerk rayonunda sahilə doğru sıxışdırsalar da, limana – şəhərə cəmi 20 km qalmış Hitler qəflətən hücumu dayandırmaq əmri verib. Bu, 1940-cı ilin may-iyun aylarında 300 mindən çox canlı qüvvəni almanların gözü qarşısında təxliyə etmək üçün ingilislərə imkan yaradıb. Həmin hadisə tarixə D.M. adı ilə daxil olub. Bəzi tarixçilərin fikrincə, Hitler rəqib qoşunlarının xilas olmasına şüurlu şəkildə yol açmaqla Böyük Britaniya ilə sülh sazişi imzalanmasını sürətləndirməyə çalışıb.

Tarix terminləri lüğəti