Yayılma arealı geniş olan, dünyanın müxtəlif xalqlarının etiqad etdiyi dinlər.
Üç əsas dünyəvi din mövcuddur: islam, xristianlıq və buddizm. D.D.-in milli dinlərdən əsas fərqi onlara etiqad edənlərin bir ölkədə yox, planetin fərqli regionlarında yaşamasıdır. Daha geniş yayılmış islam və xristianlıq dinlərinə tapınanlar Yer üzündə əhalinin yarıdan çoxunu təşkil edirlər. İslam dini, əsasən, Afrika və Asiya qitələrində, xristianlıq isə həmçinin Avropada, Cənubi və Şimali Amerikada, Avstraliyada yayılıb. Buddistlərin sayı, əsasən, Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada çoxdur.
Coğrafiya terminləri lüğəti