Reklam
Reklam

Tarix terminləri lüğəti

eberçilər

Böyük Fransa inqilabı dövründə (1793–1794) yakobinçilərin tərkibindən çıxmış sol siyasi qruplaşma.

Əsasən, kənd və şəhər yoxsullarının maraqlarını müdafiə edən bu qrup öz rəhbərlərindən birinin – fəal inqilabçı Jak-Rene Eberin (1757–1794) adı ilə tanınıb. E. terrorun sərtləşdirilməsi, «maksimum» prinsipinə (qiymətlərin və maaşların maksimum yol verilən həddinin müəyyənləşdirilməsi) ciddi riayət olunması, dinlə mübarizənin gücləndirilməsi kimi tələblərlə çıxış ediblər. Onlar sağ mövqedə dayanan digər qruplaşmaya – dantonçulara qarşı mübarizə aparıblar. İctimai Qurtuluş Komitəsini qiyamla hədələyən E.-lərin əsas liderləri 1794-cü il martın 14-də həbs edilib, on gündən sonra inqilabi tribunalın hökmü ilə edam olunublar.

Tarix terminləri lüğəti