Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbi dil

Müəyyən olunmuş fonetik, qrammatik və üslubi qaydalara tam riayət edən dil.

Ədəbi dil normalar sis­temidir. Bədii əsərlərin dilində, adətən, bu normalar göz­lənilir. Lakin müəyyən hallarda ədəbi dil normaları pozula bilər ki, bu da solesizm adlanır. Məsələn, şifahi xalq ədə­biyyatının akademik nəşrlərində ümumişlək olmayan məhəlli sözlərə, sözlərin orfoepik qaydalara uyğun yazılışına rast gəlmək mümkündür. Bundan əlavə, bədii əsərlərdə obrazları səciyyələndirmək üçün ədəbi dil normalarını pozan vasitəsiz nitqə yol verilir. Şeir dilində isə söz sırasının pozulması (inversiya) halları tez-tez baş verir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti