Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

ədəd oxu

Üzərində başlanğıc nöqtə və istiqamət seçilmiş düz xətt parçası.

Ədəd oxu üzərində ədədlər artan sıra ilə soldan sağa düzülür. Ədəd oxunun köməyi ilə sadə toplama və çıxma əməlləri yerinə yetirilir. Ədədlərin artan və azalan istiqaməti müəyyənləşdirilir. «Əvvəl», «sonra», «arasında» ifadələrindən istifadə edilərək ədədin yeri müəyyən olunur. Ədədlər müqayisə edilir. Ədəd oxu üzərində müxtəlif addımlarla saymaq kimi bacarıqlar formalaşır.

İbtidai siniflər üçün terminlər lüğəti