Edisson dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edissonun (1847-1931) soyadındandır. T.A.Edisson dünyada teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmiş şəxs kimi məşhurdur. O, həmçinin elektrovoz istehsalına başlamış, fonoqrafı kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində “alo” deyilmişdir. Öz ixtiraları və kəşfləri məşhur adamın soyadından yaranmış Edisson məişətimizə XX əsrin 30-cu illərindən daxil olmuş şəxs adları sırasındadır. Azərbaycanda nadir kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti