Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

əfci1

Basarkeçər, Borçalı, Gədəbəy, Hamamlı, Xocavənd, Qazax, Tovuz

1. Qadın işinə qarışan kişi (Basarkeçər). □ Qadınnarın işinə qarışan kişiyə əfci de:rix'.

2. Xırdaçı, çürükçü (Borçalı, Gədəbəy, Qazax).  Əfci yaramaz sözdər danışer, bekara sözdər danışer (Borçalı); Yaman əfcisən ha (Qazax); Nəbi yaman əfci kişidi; İrəşit yaman əfcidi, hər şeyə qarışar öydə (Gədəbəy).

əfci2

Mingəçevir

Xəbərçi, sözgəzdirən.

Azərbaycan dilinin dialektoloji lüğəti