Reklam
Reklam

Məsəllər, deyimlər

ƏFLATUN DOSTUMDUR, HƏQİQӘT İSƏ DAHA ƏZİZDİR

►Hәqiqətin dünyada hәr şeydәn üstün olduğunu, onun hər yerdə, hər kəsin yanında mütləq deyilməsinin zəruriliyini vurğulayan ifadə.

İfadә qәdim yunan filosofu Әflatunun (Platon, e.ә. 427–347) öz dilindәn yayılaraq mәşhurlaşmışdır.

Platon özünün mәşhur «Feofan» (ruhun ölmәzliyi haqqında dialoq) əsәrindә ruhun ölmәzliyi mәsәləsindәn bәһs edәrkәn demişdir. «Sız dә mәnim kimi Sokrat haqqında az fikirlәşin, həqiqət haqqında isә çox».

Әrəstun (Aristotel, e.ə. 384–322) «Nikomax etikası» әsәrində ideyalar haqqında tәlimi tәnqid edәrkәn göstәrirdi ki, bu işi çox ağır vəzifə һesab edir, çünki hәmin tәlim onun dostları tәrәfindәn irәli sürülmüşdür. O yazırdı: «Hәr һalda, hәqiqәt xatirinə bizә әziz olan şeydən əl çəkməliyik... hәqiqәtә üstünlük vermәliyik».

Әrәstunun bioqrafı Ammoni Sankas «Әrәstunun һəyatı» əsәrində hәmin ifadәnin daha yığcam formasını belə vermişdir: «Sokrat әzizimdir, lakin hәqiqət daha əzizdir».

Orta əsrlәr Avropasında bu ifadә məhz Platonun adı ilə daһa mәşһur olmuşdur.

Məsəllər, deyimlər