ər. – bağışlama, güzəştə getmə, günahından keçmə
Ali hakimiyyətin (adətən, dövlət başçısının) məhkum olunmuş şəxslərin cinayət cəzasından tamamilə və ya qismən azad edilməsi, yaxud onların cəzasının yüngülləşdirilməsi haqqında qərarı.
Bu qərar əvvəllər cəza çəkmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi ilə də bağlı ola bilər. Ə. cinayət hüququnun ən qədim elementlərindən biridir, ona hələ Hammurapi qanunlarında (təxminən e.ə. 1750-ci illər) rast gəlinir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, əfvetmə prezidentin müstəsna səlahiyyəti hesab edilir. Ə. qərarı prezidentin fərmanı ilə rəsmiləşdirilir.
Tarix terminləri lüğəti