yun. aigis – qalxan
Qədim yunan mifologiyasında Zevsin keçi dərisindən hazırlanmış qalxanı.
Qədim Yunanıstanda E. allahların himayədarlıq və qəzəb rəmzi sayılıb: Zevs ondan təkcə müdafiə məqsədilə deyil, həm də dəhşətli qasırğalar yaratmaq üçün istifadə edib. Hazırda E. termini məcazi mənada – «müdafiə», «himayə» anlamında işlənir; məs.: Avropanın futbol üzrə klub turnirləri UEFA-nın E.-sı, yəni himayəsi altında keçirilir.
Tarix terminləri lüğəti