Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

əhalinin siyahıya alınması

Hər hansı ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların birdəfəlik, yaxud vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesi.

Ə.S.A. vahid prinsiplər və proqram əsasında, bütün ərazidə eyni zamanda, adbaad, ciddi mərkəzləşdirilmiş surətdə həyata keçirilir. Onun məqsədi əhalinin sayı, tərkibi, yerləşməsi, strukturu haqqında geniş məlumat əldə etməkdir. Toplandıqdan, ümumiləşdirildikdən və təhlil edildikdən sonra bu məlumatlar dərc olunur, dövlət idarəçiliyində, qanunvericilik orqanlarında təmsilçiliyin müəyyənləşdirilməsində, ölkə iqtisadiyyatının təşkilində, sosioloji tədqiqatlarda və s.-də onlardan geniş istifadə edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti