Reklam
Reklam

Tarix terminləri lüğəti

ehram

ər. ahrām – toxunulmaz

1. Daşdan düzgün piramida formasında inşa olunmuş pilləli, yaxud qülləvarı monumental tikili.

Belə tikililər Qədim Misir memarlığı üçün xarakterik olub: fironlar e.ə. III–II minilliklərdə nəhəng sərdabələr – E.-lar ucaldıblar. Onlardan ən nəhəngi, hündürlüyü 146,6 m olan Xeopsun E.-ı qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilir. Eramızın I minilliyində isə indiki Meksika, Qvatemala, Peru və Hondurasın ərazisində məbədlər üçün postament rolunu oynayan E.-lar inşa olunub.

2. Zəvvarların Kəbəni ziyarət müddətində büründükləri tikişsiz libas, xüsusi geyim.

Tarix terminləri lüğəti