fr. ecran – arakəsmə
1. Təsvirin proyeksiya olunduğu səth; məs.: televiziya E.-ı, divar E.-ı.
2. Bir mühiti digərindən ayıran, onun təsirindən qoruyan örtük.
Kabelin içərisində yayım siqnalını daşıyan naqili kənar şüalanmadan qorumaq, habelə itkiləri azaltmaq üçün örtük də E. adlanır.
3. Elektromaqnit dalğalarını, işıq şüalarını əks etdirən, yaxud yönəldən səth.
E.-ın bu xüsusiyyətindən fotojurnalistikada, televiziya və kino çəkilişlərində istifadə olunur.
4. Məcazi mənada: televiziya və ya kino sənəti, kinematoqrafiya; məs.: E. ulduzu, E.-a çıxmaq.
Jurnalistika terminləri lüğəti