akram sözündəndir. Azərbaycan dilinə tərcümədə kərəmi çox olan, comərd, kəramətli, alicənab, səxavətli, mərhəmətli mənasındadır.
Əkrəm adı Azərbaycanda yalnız kişi adı olsa da, İranda qadın adıdır, türk xalqlarının əksəriyyətində müştərək şəxs adları sırasındadır. Bu gün gənc nəsil arasında bu ada, demək olar ki, rast gəlinmir. Məişətimizdə dəbdən düşmüş şəxs adlarındandır. Adın daşıyıcılarından dilçi, ədəbiyyatşünas, müəllim Əkrəm Cəfər (1905–1991) təkcə elm tarixinə deyil, ədəbi aləmə də əruzşünas alim kimi daxil olmuşdur. Filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin 20 illik gərgin axtarışlarının məhsulu olan, əruz elminin “Quran”ı adlandırılan “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)” ensiklopedik monoqrafiyası əruzşünaslıqda bugünədək analoqu olmayan bir əsər kimi qiymətləndirilir. Alim, əlbəttə, bu elmi traktatı ilə müqayisəli əruzşünaslıq elminin (yəni altı xalqın poetikası) binasının özülünü qoyaraq, Azərbaycan milli əruzşünaslıq məktəbini yaratmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti