Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əks1 [əks] isim ərəb

1. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. Güzgü əyri olsa, əksi əyri göstərər. (Atalar sözü).
2. Səsin bir yerə dəyib geri dönməsi. Elə dərələr vardır ki, bir səs çıxaranda dörd əks alırsan.
3. Şəkil, fotoşəkil. Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. (Y.V.Çəmənzəminli).

əks2 [əks] sifət ərəb

1. Tərs, inad, höcət. Çox əks adamdır, dediyindən əl çəkmir.
2. Zidd, tərs. Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə.

Həmçinin bax:

frazeologizm: əksini çörək üstünə vursan, ac it də yeməz Azərbaycan dilinin izahlı lüğəti