Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ekspertiza

lat. expertus – təcrübəli

Elm, texnika, incəsənət və s. sahələrdə xüsusi bilik tələb edən hər hansı məsələnin və ya bu məsələyə dair materialın ekspertin kö­məyi ilə araşdırılması üsulu.

E. mate­ri­alların dəqiqliyini təmin etmək, mümkün səhvləri vaxtında aradan qaldırmaq baxı­mından keyfiyyətli media orqanları tərə­findən tətbiq olunan ən səmərəli üsuldur. Bəzi hallarda (əsasən, məhkəmə işləri ilə əlaqədar) KİV-in materialları dövlət or­qan­larının qərarları ilə də E.-dan keçirilə bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti