lat. exponatus – nümayiş etdirilən, göstərilən
Muzey və ya sərgi salonlarında nümayiş etdirilən əşya.
Rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri (zərgərlik, xalça, keramika məmulatı, bədii tikmə və s.), eləcə də fauna və flora nümunələri, tarixi və etnoqrafik xarakterli əşyalar E. ola bilər.
Tarix terminləri lüğəti