lat. expromptus – tez, sürətli
1. İfa anında yaradılan, bədahətən söylənilən kiçikhəcmli əsər.
Bu, şeir, musiqi parçası, karikatura, şarj və s. ola bilər. E. improvizasiyanın bir növüdür.
2. Hazırlıqsız çıxış, çıxışa əlavə.
Radio və televiziyada xəbər bloklarının keçidlərində, canlı yayım zamanı texniki fasilə yarandıqda jurnalist ssenaridə nəzərdə tutulmamış mətnlə dinləyicilərə (tamaşaçılara) müraciət edə bilər. Adətən, təcrübəli aparıcılar öz verilişlərinin daha maraqlı və yaddaqalan olması üçün belə E.-lardan istifadə edirlər.
Jurnalistika terminləri lüğəti