Reklam
Reklam

Etimologiya lüğəti

ələk

İl feili zəminində yaranıb. Qədimdə sıx toxunan şeylərə “ilək” deyiblər. İlişmək, ilmək, ilgək sözləri ilə kökdaşdır. Sıx toxunmuş mənasını verir. Növləri bunlardır: şıt ələk (сито), korlan ələk (решето), seyrək ələk (редкое сито), sıx ələk (частое сито), çəltək ələk (шадара). Mövcud dilçilik ədəbiyyatında, hətta məktəb dərsliklərində ələk sözü əl kəlməsi ilə əlaqələndirilir, səhvdir. Maraqlıdır ki, rus dilində də решето sözü “вязать”, “сплетенное” mənasını verir və onlarda решето, решетка kəlmələri eyni kökə malikdir, əl anlamı ilə əsla əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti