mürəkkəb adların tərkibində işlənən Əli və Əkbar adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əliəkbər (bax: ad – ƏLİ; ƏKBƏR) kişi adı ən ali, ən böyük, çox ali olan anlamlarındadır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəkbər adı bu gün Ələkbər formasındadır. Adın təhrif olunmuş Ələkpər forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti