Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

elektrik [elek'trik'] isim yunan

1. Fizika. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə.
2. Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən biri. İşlər elektriklə görülür.
3. Bu energiyadan hasil olan işıq. Elektrik çəkmək. Elektriki söndürmək.
4. Elektriklə işləyən, elektriklə hərəkətə gətirilən, elektrikdən alınan, hasil edilən. Elektrik motoru. Elektrik peçi. Elektrik işığı.
5. Elektrik hasil edən, elektrik verən, elektrik saçan. Bayıl elektrik stansiyası.

Həmçinin bax:

coğrafiya: kaskad su-elektrik stansiyaları coğrafiya: modul elektrik stansiyaları coğrafiya: su-elektrik stansiyaları kaskadı coğrafiya: su-elektrik stansiyası (SES) Azərbaycan dilinin izahlı lüğəti