İnternetdə elektron məktubların çatdırılmalı olduğu poçtu müəyyənləşdirən ünvan.
İlk E.Ü.-larda çox geniş və müxtəlif formatlar istifadə olunurdu. 1980-ci ildən bütün internet poçt ünvanları uçün vahid standart yaradıldı. E.Ü. bir-birindən @ işarəsi ilə ayrılan iki hissədən ibarətdir. Sol tərəf poçt qutusunun adını göstərir və çox vaxt istifadəçinin loqini ilə üst-üstə düşür. Ünvanın sağ tərəfi isə poçt qutusu yerləşən serverin domenini göstərir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti