Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ələngə1

Ağdam, Gəncə, Şəki, Şuşa, Zəngilan

Ətsiz iri sümük. □ Bı nətə:r ətdi, teyxa ələngədi (Zəngilan); Bu ətin nəyini pişirim, başdan-əyağa hamısı ələngədi (Şuşa).

ələngə2

Ağdam, Böyük Qarakilsə, Cəbrayıl, Çənbərək, Füzuli, Salyan, Hamamlı, Qazax

Arıq.  Bu inəx' lap ələngədi (Qazax); Öküz ələngə olufi (Böyük Qarakilsə); Bu öküz ələngə şeydi, haravıya qoşmağ olurmu? (Çənbərək).

ələngə3

Quba

İri ağac parçası. □ Sənə elə bir ələngə çəkərəm ki, əyağa durammassan.

Azərbaycan dilinin dialektoloji lüğəti