Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLFİ ərəb.

alfi sözündən olub, dilimizdə ülfəti olan, dosta, yaxınlarına mehriban mənasındadır.

Bəzi mənbələrdə ərəb dilində əlf (min sayı) sözü ilə əlaqələndirilir. Qədim ərəblərdə min manata alınan qullar əlf adlandırılırdı. Belə fikirləri də, yəqin ki, tam inkar etmək olmaz. Əlfi Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcılarından Azərbaycan ədəbiyyatı tarixində XX əsrin ortalarında yaşayıb-yaratmış, tanınmış yazıçılardan olan Əlfi Qasımov (1927-1985) maraqlı nəsr əsərlərindən ibarət irs qoyub getmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti