Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ellik [ellix'] sifət

1. Bir yerin bütün camaatına, elinə məxsus olan, bütün xalqa aid olan; ictimai, ümumi. Ellik bağ. Ellik yol. Ellik bayram. Ellik təsərrüfat.
2. Bütün el tərəfindən görülən, ya görülməli olan. Ellik iş.
3. Zərf kimi: hamılıqla, elliklə, bütünlüklə, bütün el birlikdə. Ellik şikayət etmək. Ellik iş görmək.

Azərbaycan dilinin izahlı lüğəti