Elmi araşdırmaların nəticələrini əks etdirən bitkin müəllif əsəri.
E.M. ilkin material, yaxud ümumi elmi mövzuya həsr olunmuş icmal formasında ola bilər. İlkin E.M.-də yeni araşdırma barədə məlumat verilir, eksperimentlər, onların nəticələri haqqında təhlillər yer alır. İcmal E.M. isə daha öncə çap edilmiş elmi informasiyanın ümumiləşdirilməsinə və qiymətləndirilməsinə həsr olunur. Bəzən E.M.-lərdə bu iki tip mətn birləşdirilir, onlar icmal və orijinal hissələrdən ibarət olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti