el və oğlu sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. C.Cabbarlının çox məşhur “Oqtay Eloğlu” əsərinin qəhrəmanı Oqtayın təxəllüsündəndür. Eloğlu (bax: EL) kişi adı öz elinin, öz obasının oğlu, elinin dərdinə şərik olan, elini bəlalardan, gerilikdən qorumağa çalışan vətən oğlu anlamlarını ifadə edir. C.Cabbarlı da öz qəhrəmanını bu xüsusiyyətlərə malik bir şəxs olaraq yaratmış və xalqa sevdirə bilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti