Reklam
Reklam

Tarix terminləri lüğəti

elxan

türk. el (il) –  xalq, tayfa + han (xan) – hökmdar

Türk və monqol xalqlarında tayfa başçılarının və hökmdarların titulu.

Titulun ən tanınmış daşıyıcıları Elxanilər (Hülakülər) dövlətinin (XIII–XIV əsrlər) hökmdarları hesab olunurlar. İlk olaraq bu titul böyük monqol xanı Xubilay tərəfindən Elxanilər sülaləsinin banisi Hülakü xana (1256–1265) verilib. Elxanilərin öz bayraqları, pul vahidləri olsa da, onların dövləti böyük monqol xaqanının tabeliyində əyalət sayılıb. Bu səbəbdən bəzi tədqiqatçılar E. sözünü “əyalət başçısı”, “vilayət xanı” kimi izah edirlər. Azərbaycanda isə E. termini elatların başçısı, ağsaqqalı anlamında işlənib.

Tarix terminləri lüğəti